ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Tsinpinin görüşü Cənubi Koreyada 30 oktyabr səhəri baş tutacaq.
”PostMedia” xəbər verir ki, bu barədə “Ağ Ev”in rəsmi saytında məlumat verilib.
“Bakı vaxtı ilə saat 06:00-da (yerli vaxtla 11:00) prezident Çin Xalq Respublikasının sədri Si ilə ikitərəfli görüşdə iştirak edəcək”, — deyə Amerika liderinin qrafikində qeyd olunur.
Görüşün keçiriləcəyi yer kimi Kyoncçu (Gyeongju) şəhəri göstərilib.
29 oktyabrda Çin Xarici İşlər Nazirliyi KXRX və ABŞ liderlərinin 30 oktyabrda Cənubi Koreyanın Pusan şəhərində görüşəcəyini elan etmişdi. Nazirliyin məlumatına görə, görüş zamanı Donald Tramp və Si Tsinpin Çin–Amerika münasibətlərinin inkişafı, tərəflərin ortaq maraqlarına aid məsələlər, eləcə də Ukraynada vəziyyətin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.
Bundan öncə ABŞ prezidenti Asiya–Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Cənubi Koreyanın Kyoncçu şəhərində keçirilən sammitində çıxış edərək, Çin sədri Si Tsinpinlə görüşün nəticəsində Çinlə razılaşma əldə etməyə ümid etdiyini bildirmişdi.
