6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Almaniya HƏMAS və İsraili razılaşmaya əməl etməyə çağırıb

29-oktyabr-2025
Almaniya HƏMAS və İsraili razılaşmaya əməl etməyə çağırıb
Yazı Ölçüsü:
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Qəzzədə vəziyyətin gərginləşməsi fonunda İsraili “hərbi təmkin” göstərməyə çağırıb.
"PostMedia" xəbər verir ki, o, eyni zamanda HƏMAS-ı münaqişənin nizamlanmasına dair razılaşmanın birinci mərhələsi üzrə öhdəliklərini yerinə yetirməyə – silahı yerə qoymağa və israilli girovların qalıqlarını təhvil verməyə çağırıb.
Vadefulun sözlərinə görə, “Yaxın Şərq indi dönüş nöqtəsindədir” və atəşkəs razılaşmasının qorunması “bütün regionun sabitliyi üçün həyati əhəmiyyət daşıyır”.
Nazir əlavə edib ki, Almaniya ABŞ rəhbərliyindəki mülki-hərbi koordinasiya mərkəzinin fəaliyyətini dəstəkləyir və Berlin regionda sülh planının həyata keçirilməsində aktiv rol oynamağa davam edəcək.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930