N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Polşa noyabr ayında Belarusla iki sərhəd-keçid məntəqəsini yenidən açmağa hazır olacaq — Tusk

28-oktyabr-2025
Turan Hüseynli
Polşa noyabr ayında Belarusla iki sərhəd-keçid məntəqəsini yenidən açmağa hazır olacaq — Tusk
Yazı Ölçüsü:
Polşa noyabr ayında Belarusla daha iki sərhəd-keçid məntəqəsini yenidən açmağa hazır olacaq.
"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk çərşənbə günü açıqlama verib.
Polşa sentyabrın 12-də Belarusla sərhədini bağlamışdı. Buna səbəb Belarus ərazisində Rusiyanın rəhbərliyi ilə keçirilən hərbi təlimlər və sentyabrın 9-dan 10-na keçən gecə Polşanın hava məkanına 21 pilotsuz uçuş aparatının daxil olması olmuşdu.
Daha sonra yəni sentyabrın 23-də Polşa hökuməti bir neçə dəmir yolu və bir avtomobil keçid məntəqəsinin açılmasına qərar vermişdi.
“Biz bu il — noyabr ayında Bobrovniki və Kuznica keçid məntəqələrini açmağa hazır olacağıq. Litvalılarla bu məsələni razılaşdıran kimi, bu iki keçidi sınaq məqsədilə açacağıq. Əgər məlum olsa ki, sərhədi yenidən bağlamaq lazımdır, bir an belə tərəddüd etməyəcəyəm"-deyə Tusk əlavə edib.
Qonşu Litva isə ötən həftə ərzində Vilnüs hava limanını dörd dəfə bağlamış, həmçinin hava məkanına isti hava şarlarının daxil olmasına cavab olaraq Belarusla sərhəddəki keçid məntəqələrini müvəqqəti bağlamışdı.
Belarus prezidenti Aleksandr Lukaşenko isə çərşənbə günü Litva tərəfinin bu addımını “dəli bir avantüra” adlandırıb və Qərbi Belarus və Rusiya əleyhinə hibrid müharibə aparmaqda ittiham edib.
Kateqoriyalar