Çin Xarici İşlər naziri Van Yi 27 oktyabrda ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Van Yi vurğulayıb ki, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında “uzunmüddətli təmaslar və bir-birinə hörmət” mövcuddur. O, Si və Tramp arasındakı münasibətləri “Çin–ABŞ münasibətlərinin ən dəyərli strateji aktividir” kimi qiymətləndirib.
Telefon danışığı Si Cinpin və Donald Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) CEO Sammiti çərçivəsində 30 oktyabrda Cənubi Koreyada keçirilməsi gözlənilən görüşü ərəfəsində baş tutub.
Son həftələrdə dünyanın iki ən böyük iqtisadiyyatı arasında nisbi sakitlikdən sonra ticarət gərginliyi yenidən artıb. Pekin nadir torpaq elementləri üzərində nəzarəti genişləndirib, Vaşinqton isə Çin gəmilərinə əlavə liman haqları tətbiq edib. Bu da tərəflər arasında qarşılıqlı cavab tədbirlərinin yeni dalğasına səbəb olub.