6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstana qanunsuz keçən 2 Türkiyə vətəndaşı saxlanıb

27-oktyabr-2025
Gürcüstana qanunsuz keçən 2 Türkiyə vətəndaşı saxlanıb
Yazı Ölçüsü:
Gürcüstan Dövlət Sərhəd Polisi Acarıstan bölgəsində dövlət sərhədinin qanunsuz keçirilməsi və miqrantın sərhəddən qanunsuz keçirilməsinə görə Türkiyənin iki vətəndaşını saxlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada bildirilir.
Məlumata gör, 51 və 30 yaşlı şəxslər barələrində irəli sürülmüş ittiham sübuta yetiriləcəyi halda, onları 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumata görə, sərhədçilər 51 yaşlı şəxsi “Sərf” buraxılış məntəqəsində həmin vaxt saxlayıblar ki, o, yük avtomobili ilə pasport nəzarətini kənaralayaraq, qoşqu hissəsində gizlədiyi digər Türkiyə vətəndaşını qanunsuz şəkildə Gürcüstana keçirməyə cəhd edib. Həmin şəxs də saxlanılanlar sırasında olub.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 344 və 344 prim maddələri üzrə aparılır.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930