N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Makron: "Fransa Ukraynaya əlavə "Aster" raketləri və yeni "Mirage" qrupları tədarük edəcək"

24-oktyabr-2025
Turan Hüseynli
Makron: "Fransa Ukraynaya əlavə "Aster" raketləri və yeni "Mirage" qrupları tədarük edəcək"
Yazı Ölçüsü:
"Yaxın günlərdə biz Ukraynaya əlavə "Aster" raketləri və "Mirage" qırıcılardan yeni qruplar tədarük edəcəyik".
"PostMedia" "Le Monde" nşrinə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "İstəyənlərin koalisiyası" toplantısında bildirib.
Makron vurğulayıb ki, Ukraynaya dəstək və Rusiyaya təzyiq göstərmək səylərinin davam etdirilməsi vacibdir.
"Aster" fransız-italyan istehsalı olan raketdir. Hər iki ölkə Ukraynaya bu raketlərdən müəyyən sayda tədarük edib, dəqiq rəqəm açıqlanmayıb. Bu vaxta qədər Fransa Ukraynaya vəd etdiyi 6 ədəd "Mirage 2000" təyyarəsindən 3-nü çatdırıb. Onlardan biri isə iyul ayında vurulub.
Kateqoriyalar