N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Türkiyə 13 ildən sonra Suriyaya səfir təyin edib

24-oktyabr-2025
Turan Hüseynli
Türkiyə 13 ildən sonra Suriyaya səfir təyin edib
Yazı Ölçüsü:

Türkiyə 13 ildən sonra ilk dəfə olaraq Suriyada səfir təyin edib.

PostMedia” xəbər verir ki, bu barədə məlumatı NTV telekanalı yayıb. Bildirilib ki, Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz ölkənin Dəməşqdəki yeni fövqəladə və səlahiyyətli səfiri olacaq. Nuh Yılmazın namizədliyi barədə qərarı Türkiyə xarici işlər naziri Hakan Fidan açıqlayıb.

Türkiyə 2012-ci ilin martında Suriyada baş verən siyasi gərginlik fonunda Dəməşqdəki səfirliyinin fəaliyyətini dayandırmışdı. Həmin vaxtdan etibarən iki ölkə arasındakı diplomatik münasibətlər aşağı səviyyədə davam edirdi.

Dəməşqdə səfirliyin fəaliyyəti yalnız 2023-cü ilin dekabrında bərpa olunmuşdu. Bununla da Ankara ilə Dəməşq arasında diplomatik münasibətlərin normallaşması istiqamətində yeni mərhələ başlanıb. Yeni səfirin təyinatı iki ölkə arasında dialoqun genişlənməsi üçün mühüm addım hesab olunur.

Kateqoriyalar