N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Nə Putin, nə də Tramp yalnız görüş xatirinə zaman itirmək istəmir - Peskov

24-oktyabr-2025
Turan Hüseynli
Nə Putin, nə də Tramp yalnız görüş xatirinə zaman itirmək istəmir - Peskov
Yazı Ölçüsü:
Kreml Ukrayna ətrafında danışıqlar prosesini “son dərəcə uzunmüddətli fasilə” kimi qiymətləndirir.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlama verib.
Onun sözlərinə görə, fasilənin yaranmasının əsas səbəbi Kiyevin dialoqu aktivləşdirmək istəməməsidir.
Peskov bildirib ki, nə Vladimir Putin, nə də ABŞ Prezidenti Donald Tramp gələcəkdə Rusiya–ABŞ sammitinin keçirilməsini istisna etmir:
“Nə Putin, nə də Tramp yalnız görüş naminə görüşmək və vaxt itirmək niyyətində deyil. Nəticə əldə etmək üçün əvvəlcədən ciddi hazırlıq lazımdır”.
Kreml sözçüsü həmçinin Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların təhlil edildiyini vurğulayıb və əlavə edib ki, Moskva heç bir ölkəyə qarşı deyil, yalnız öz maraqları naminə fəaliyyət göstərir.
Peskov qeyd edib ki, Kiyevin dialoqa başlamaqdan imtinası Avropadakı “kuratorlar” tərəfindən təşviq olunur. O, Prezident Putinin “Tomahawk” raketlərinin mümkün sınaq zərbələrinə verəcəyi reaksiyanın artıq kifayət qədər aydın şəkildə ifadə olunduğunu deyib:
“Burada artıq izah etməyə ehtiyac yoxdur”.
Kateqoriyalar