N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Trampdan İsrailə sərt xəbərdarlıq: “Belə olarsa, ABŞ dəstəyini tam itirərlər”

23-oktyabr-2025
Turan Hüseynli
Trampdan İsrailə sərt xəbərdarlıq: “Belə olarsa, ABŞ dəstəyini tam itirərlər”
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində Qərbi Şəriənin ilhaqına dair təşəbbüslərə kəskin reaksiya verib.
"PostMedia" xəbər verir ki, Tramp belə bir addımın ABŞ-nin Qəzzada sülhün bərpasına yönəlmiş planlarını təhlükəyə atacağını düşünür.
Trampın sözlərinə görə, Vaşinqton Ərəb ölkələrinə öhdəlik götürüb və Qərbi Şəriənin ilhaqı bu öhdəliklərlə ziddiyyət təşkil edir:
“Belə bir şey olmayacaq. Mən Ərəb ölkələrinə söz vermişəm. Əgər İsrail bunu etsə, ABŞ-nin bütün dəstəyini itirər”.
Bu açıqlama Trampın İsraildə parlament üzvləri tərəfindən “qəhrəman” kimi qarşılanmasından sonra ən sərt mesaj kimi qiymətləndirilir.
ABŞ Dövlət katibi Marko Rubio da bildirib ki, İsrailin ilhaq planı Tramp administrasiyasının Qəzzadakı münaqişəni dayandırmaq səylərini təhlükə altına alır. Oxşar xəbərdarlıq ABŞ Vitse-prezidenti Ceyms David Vens tərəfindən də səsləndirilib:
“Tramp belə bir planı heç vaxt dəstəkləməz”.
İsrailin xarici işlər naziri Gideon Saar isə həmin təşəbbüsün yalnız ilkin oxunuşa çıxarıldığını və hökumətin dəstəyi olmadan Knessetdə səsverməyə çıxarılmayacağını bildirib:
“Biz Trampın sülh planına sadiqik və işləməsi üçün əlimizdən gələni edirik. Lakin HƏMAS buna əməl etmir”.
7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumundan sonra başlayan və iki il davam edən müharibədən sonra əldə olunan atəşkəs dəfələrlə pozulub. Tərəflər pozuntulara görə bir-birini ittiham edir. Atəşkəs çərçivəsində israilli girovların bir qismi fələstinli məhbuslarla dəyişdirilib, bəzi girovların cəsədləri təhvil verilib və İsrail ordusu müəyyən ərazilərdən çıxarıb.
İsrail məlumatına görə, müharibədə 1 200 nəfər öldürülüb, Qəzza Səhiyyə Nazirliyinə görə isə 68 mindən çox fələstinli həlak olub.
Kateqoriyalar