N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Misir ABŞ-nin rəhbərlik edəcəyi təqdirdə Qəzzaya sülhməramlı əsgər göndərəcək - "The National"

23-oktyabr-2025
Turan Hüseynli
Misir ABŞ-nin rəhbərlik edəcəyi təqdirdə Qəzzaya sülhməramlı əsgər göndərəcək - "The National"
Yazı Ölçüsü:
Misir hakimiyyəti Qəzza zolağında sülhün təmin edilməsi üçün yaradılacaq beynəlxalq sülhməramlı qüvvələrdə yalnız o halda iştirak edəcək ki, bu kontingentə ABŞ rəhbərlik etsin.
"PostMedia" xəbər verir ki,Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” qəzeti mənbələrə istinadla məlumat verib.
Mənbələrin bildirdiyinə görə, ABŞ-nin əsas rol oynaması sülhməramlı qüvvələrin nüfuzunu artıracaq və digər iştirakçılar üçün təhlükəsizlik təmin edəcək. Misir tərəfi hərbçilərinin silahlı qruplaşmalarla döyüşmədən Qəzzada təhlükəsizliyin təmininə və sabitliyin bərpasına cavabdeh olmalarını istəyir.
Nəşr qeyd edib ki, Misir həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun qarşı çıxmasına baxmayaraq, Türkiyənin də bu beynəlxalq kontingentdə mütləq iştirak etməsində israrlıdır.
Qeyd edək ki, bundan əvvəl "The Guardian" qəzeti Misirin beynəlxalq hərbi kontingentə rəhbərlik edəcəyini, Azərbaycan, İndoneziya və Türkiyənin də sülhməramlı qüvvələrə xeyli hərbçi göndərəcəyini yazıb. Lakin bu ölkələr rəsmi şəkildə iştirakı təsdiqləməyiblər.
Məlumata görə, kontingentdə ən azı 4 min hərbçi olacaq, onlar ağır silah daşımayacaq və əsasən xilasetmə işləri, xəstəxanaların qurulması və infrastrukturu bərpa kimi tapşırıqları yerinə yetirəcəklər.
Kateqoriyalar