N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ Qəzza zolağının idarəçiliyinin fələstinlilərə verilməsinə çalışır - Rubio

23-oktyabr-2025
Admin
ABŞ Qəzza zolağının idarəçiliyinin fələstinlilərə verilməsinə çalışır - Rubio
Yazı Ölçüsü:

Vaşinqton Qəzza zolağında idarəçiliyin fələstinli mülki hakimiyyətə təhvil verilməsini hədəfləyir.

"PostMedia" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, anklavda münaqişənin həlli istiqamətində irəliləyiş müşahidə olunur.

“Biz uzunmüddətli perspektivdə Qəzzada fələstinli mülki hakimiyyət görmək istəyirik. Əsas məqsədimiz budur. Qəzzada fələstinli polis qüvvələrinin formalaşmasına da ümid edirik”, – deyə Rubio İsrailə səfəri ərəfəsində jurnalistlərə bildirib.

O qeyd edib ki, Qəzzada idarəetmənin fələstinlilərə mərhələli şəkildə ötürülməsi üçün dəyişməz şərt ekstremist HƏMAS hərəkatının təsirinin tamamilə aradan qaldırılmasıdır.

ABŞ rəsmisi əlavə edib ki, gələcəkdə formalaşdırıla biləcək fələstinli polis qüvvələri digər ölkələrin mütəxəssisləri tərəfindən hazırlanmalı və təlim keçməlidir.

“Bu proses zaman tələb edir. İnsanları sadəcə olaraq dərhal polisə cəlb etmək mümkün deyil — onları yoxlamaq, hazırlamaq və bütün infrastrukturun hazır olduğuna əmin olmaq lazımdır. Proses hələ yeni başlayıb və görüləcək çox iş var. Lakin biz məqsədə çatmaqda qətiyyətliyik”, – deyə Rubio qeyd edib.

Kateqoriyalar