6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstan Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasına ümid edir

23-oktyabr-2025
Gürcüstan Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasına ümid edir
Yazı Ölçüsü:
Gürcüstan Azərbaycanın və Ermənistanın davam edən dialoqunu diqqətlə izləyir və yaxın gələcəkdə sülh sazişinin imzalanacağına ümid edir.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı ilə birgə brifinq zamanı bildirib.
Nazirin sözlərinə görə, Tbilisi regionda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsində səmimi şəkildə maraqlıdır:
“Biz hər zaman demişik və bir daha qeyd edirik: Gürcüstan regionda sülh və sabitliyin güclənməsində səmimi şəkildə maraqlıdır. 17 aprel tarixində üçtərəfli görüş keçirmək imkanından məmnun qaldıq. Bu, belə formatda ilk görüş idi — hər üç ölkənin xarici işlər nazirinin müavinləri Tbilisidə toplaşaraq regional əhəmiyyət daşıyan məsələləri müzakirə etdilər. Düşünürük ki, bu formatda əməkdaşlığın davam etdirilməsi üçün potensial var”.
Boçorişvili bildirib ki, regionda baş verən proseslər və bu kontekstdə ölkələr arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930