N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ermənistanda yeni hərbi komissarı təyin edilib

22-oktyabr-2025
Admin
Ermənistanda yeni hərbi komissarı təyin edilib
Yazı Ölçüsü:

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bir sıra kadr təyinatları ilə bağlı fərmanlar imzalayıb.

"PostMedia" bu ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, prezidentin sərəncamı ilə polkovnik Gevorq Mxeyan ölkənin yeni Respublika hərbi komissarı təyin olunub.

Eyni zamanda, polkovnik Qeqam Martirosyan Xüsusi Ordu Korpusunun qərargah rəisi – komandir müavini, polkovnik Artsvik Qriqoryan isə həmin korpusun digər komandir müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Gevorq Mxeyan mart ayından bu vəzifəni müvəqqəti icra edən kimi çalışırdı. O, əvvəlki komissar Aren Sarkisyanın vəzifədən azad edilməsindən sonra bu postu icra edirdi.

Kateqoriyalar