N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Donald Tramp “Sülh memarı” mükafatı ilə təltif olunub

22-oktyabr-2025
Turan Hüseynli
Donald Tramp “Sülh memarı” mükafatı ilə təltif olunub
Yazı Ölçüsü:

ABŞ Pezidenti Donald Tramp Riçard Nikson Fondu tərəfindən təsis edilmiş “Sülh memarı” (“Architect of Peace”) mükafatına layiq görülüb.

"PostMedia" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, mükafat Trampa “atəşkəslərin və sülh sazişlərinin əldə edilməsində göstərdiyi səylərə görə” təqdim edilib. Tədbirdə ona mükafatı fondun idarə heyətinin sədri, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Robert O’Brayen təqdim edib.
Fondun bəyanatında qeyd olunub ki, Trampın təşəbbüsləri sayəsində Qəzza zolağında sülh razılaşması imzalanıb, Ermənistan və Azərbaycan, Hindistan və Pakistan, Ruanda və Konqo, eləcə də Tayland və Kamboca arasında münaqişələrin həlli istiqamətində irəliləyiş əldə olunub. Həmçinin onun Rusiya və Ukrayna arasında sülhün bərqərar olması üçün göstərdiyi səylər də xüsusi vurğulanıb.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl də özünü Nobel Sülh Mükafatına layiq şəxs hesab etdiyini bildirmişdi. Bu il mükafat Venesuela müxalifətçisi Mariya Korina Maçadoya təqdim olunub.
Riçard Nikson Fondu 1983-cü ildə ABŞ-ın 37-ci prezidenti Riçard Nikson tərəfindən yaradılıb. “Sülh memarı” mükafatı isə 1995-ci ildən etibarən təqdim olunur.

Kateqoriyalar