N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ermənistanla Azərbaycan arasında sülhün mümkün olması regionun gələcəyi üçün tarixi fürsətdir - Paşinyan

22-oktyabr-2025
Turan Hüseynli
Ermənistanla Azərbaycan arasında sülhün mümkün olması regionun gələcəyi üçün tarixi fürsətdir - Paşinyan
Yazı Ölçüsü:

“Cəmi bir il əvvəl heç kim təsəvvür edə bilməzdi ki, Ermənistanın baş naziri Azərbaycan prezidentinə və baş nazirinə təşəkkür edəcək”.

PostMedia” xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən “İpək Yolu” konfransında səsləndirib.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması çox mühüm tarixi hadisədir və bu sülhün institusional şəkildə möhkəmləndirilməsi vacibdir.

O vurğulayıb ki, nəqliyyat əlaqələrinin bərpası və qarşılıqlı iqtisadi əməkdaşlıq təkcə qarşılıqlı fayda gətirmir, həm də ölkələr arasında asılılığın yaranmasına səbəb olur:

“Ölkələr bir-biri ilə əməkdaşlıq etdikdə bu, iqtisadi artıma və əhalinin rifah səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Və bir anda anlayırsan ki, sabitlik, ərazi bütövlüyü və suverenlik hər iki tərəf üçün vacibdir, çünki bu, əldə edilən razılaşmaların yerinə yetirilməsinin əsas şərtidir.”

Baş nazir əlavə edib ki, yaranmış sülh son yüz ilin tarixini yenidən qiymətləndirmək üçün əla fürsətdir:

“1918-ci ildə Ermənistan, Gürcüstan və Azərbaycan eyni dövrdə müstəqillik qazandılar və eyni zamanda onu itirdilər. 1991-ci ildə biz yenidən müstəqil olduq, amma 1918–1920-ci illərin dərslərini kifayət qədər öyrənmədik. Biz bir-birimizin müstəqilliyini və suverenliyini lazımınca qiymətləndirmədik. O vaxt elə bilirdik ki, bir-birimizlə rəqabət aparmaqla daha çox qazana bilərik, amma tarix göstərdi ki, bir-birimizə qarşı mübarizə aparmaqla ən dəyərlimizi — dövlətçiliyi və müstəqilliyi — itiririk.”

Kateqoriyalar