N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Cənubi Qafqazda sülh və sabitlik region xalqları üçün həyati əhəmiyyət daşıyır – Əraqçi

21-oktyabr-2025
Türkan Nəbi
Cənubi Qafqazda sülh və sabitlik region xalqları üçün həyati əhəmiyyət daşıyır – Əraqçi
Yazı Ölçüsü:

Cənubi Qafqazda sülh və sabitliyin bölgə xalqları üçün həyati əhəmiyyət kəsb edir.

"PostMedia" xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfovla görüşü zamanı səsləndirib.

İranın “Mehr” xəbər agentliyinin məlumatına görə, tərəflər ikitərəfli əməkdaşlıq, Cənubi Qafqazda regional sabitlik, eləcə də müxtəlif strateji sahələrdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Abbas Əraqçi qeyd edib ki, Tehran region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir, regionda hər hansı geosiyasi dəyişiklikləri rədd edir və münaqişələrin yeganə həlli yolu kimi diplomatiyanı görür.

Nazir həmçinin ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması regionda sabitlik və əməkdaşlığın yeni mərhələsinin başlanğıcına çevriləcək.

Kateqoriyalar