N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Müasir Azərbaycanın bütün nailiyyətləri onun güclü və yaradıcı liderliyi ilə bağlıdır - Tokayev

21-oktyabr-2025
Türkan Nəbi
Müasir Azərbaycanın bütün nailiyyətləri onun güclü və yaradıcı liderliyi ilə bağlıdır - Tokayev
Yazı Ölçüsü:
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin sədrliyi ilə Qazaxıstan Respublikası və Azərbaycan Respublikası arasında Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.
"PostMedia" bu barədə “Akorda”a istinadla məlumat verir.
İclasın gündəliyinə nəqliyyat, logistika, rəqəmsallaşma, yanacaq-energetika kompleksi, mədəni və humanitar əməkdaşlıq sahələri üzrə məsələlər daxil olub.
Tokayev çıxışında qeyd edib ki, bu format Qazaxıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakterini nümayiş etdirir:
“Şura ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların hazırlanması üçün səmərəli platformadır. Azərbaycan Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, oxşar düşüncə tərzi və baxışlar birləşdirir. Bu möhkəm təməl üzərində biz çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk,” — deyə Tokayev bildirib.
Qazaxıstan Prezidenti həmçinin, Azərbaycan Prezidentinin dövlət səfərinin əhəmiyyətini xüsusi vurğulayıb və qeyd edib ki, İlham Əliyevin səfəri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilənin 20 illiyi ərəfəsində baş tutur.
Tokayev əlavə edib ki, bu illər ərzində ölkələr arasında aktiv siyasi dialoq, güclü hüquqi baza və qarşılıqlı iqtisadi-mədəni əməkdaşlıq formalaşıb:
“Hazırkı yüksək səviyyəli münasibətlər ilk növbədə Prezident İlham Əliyevin şəxsi səyləri sayəsində əldə olunub. Müasir Azərbaycanın bütün nailiyyətləri onun güclü və yaradıcı liderliyi ilə bağlıdır”.
Kateqoriyalar