N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Zelenski Vaşinqtondadır

16-oktyabr-2025
Turan Hüseynli
Zelenski Vaşinqtondadır
Yazı Ölçüsü:

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtondadır və görüşlər başlayıb.

PostMedia” xəbər verir ki, bu barədə o özünün X hesabında paylaşıb.

Zelenski bildirib ki, bu gün güclü silah istehsal edən müdafiə sənayesi şirkətlərinin nümayəndələri ilə görüşəcək. Hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükü əsas müzakirə mövzularından biri olacaq. O, həmçinin Amerika enerji şirkətlərinin təmsilçiləri ilə də danışıqlar aparacaq.

Prezident vurğulayıb ki, Rusiya enerji infrastrukturlarına qarşı hər gün hücumlar həyata keçirdiyi üçün Ukrayna enerji dayanıqlığını gücləndirmək istiqamətində işləyir.

Zelenskinin sözlərinə görə, sabah ABŞ Prezidenti Donald Trampla görüş planlaşdırılır və Yaxın Şərqdə əldə olunan sülh impulsunun Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına da təsir göstərə biləcəyinə ümid edilir.

“Putin nə Hamasdan, nə də digər terror təşkilatlarından daha cəsur deyil. Güc və ədalət dili Rusiyaya qarşı da nəticə verəcək. Tomahawk raketləri barədə xəbəri eşidən kimi Moskvanın dialoqa can atması bunu açıq göstərir”,  - deyə o əlavə edib.

Zelenski vurğulayıb ki, sülh və etibarlı təhlükəsizlik təminatı yeganə yol olmalıdır və insanların Rusiya hücumlarından mümkün qədər tez qorunması vacibdir. O, Ukraynaya dəstək verən hər kəsə təşəkkür edib.

Kateqoriyalar