6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

NATO üzvlərinin yarıdan çoxu Ukrayna üçün ABŞ-dən silah almağa hazırdır – Mark Rutte

15-oktyabr-2025
NATO üzvlərinin yarıdan çoxu Ukrayna üçün ABŞ-dən silah almağa hazırdır – Mark Rutte
Yazı Ölçüsü:
NATO-y üzv ölkələrin yarıdan çoxu Ukraynanın silah tələbatını təmin etmək üçün ABŞ-dən silah alınmasını nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) proqramına qoşulmağa hazırdır.
"PostMedia" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
Bu barədə o, müdafiə nazirləri səviyyəsində keçirilən və Kiyevə silah tədarükünə həsr olunmuş əlaqələndirmə qrupunun iclasından sonra təşkil olunan mətbuat konfransında bildirib.
“Bəzi silah növləri var ki, onları yalnız ABŞ təmin edə bilər və alternativ mövcud deyil. Bu, PURL təşəbbüsüdür. Görüşün əvvəlində bu təşəbbüsdə cəmi altı NATO ölkəsi iştirak edirdi, lakin müzakirələrdən sonra artıq NATO-ya üzv 16-17 dövlət onunla qoşulmağa hazır oldu,” – deyə Rutte bildirib.
O həmçinin qeyd edib ki, NATO-nun 19 ölkəsi ABŞ-dən satın alınmış və ya ikitərəfli mexanizmlər çərçivəsində Ukraynaya yeni silah paketləri göndərmək niyyətini açıqlayıb, lakin konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930