N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya Perudakı hakimiyyət dəyişikliyini ölkənin daxili işi kimi qiymətləndirir

14-oktyabr-2025
Admin
Rusiya Perudakı hakimiyyət dəyişikliyini ölkənin daxili işi kimi qiymətləndirir
Yazı Ölçüsü:

Rusiya, Peruda baş vermiş hakimiyyət dəyişikliyini həmin ölkənin daxili məsələsi hesab edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"PostMedi" xəbər verir ki, nazirlik Peru Respublikasının yeni rəhbərinə təxirəsalınmaz problemlərin həlli istiqamətində uğurlar arzulayıb.

“Bəllidir ki, oktyabrın 10-na keçən gecə Peru Respublikasının Konqresi tərəfindən impiçment qərarı nəticəsində prezident Dina Boluarte vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar ölkədə cinayətkarlığın və zorakılığın geniş yayılması fonunda ictimai təhlükəsizliyi təmin etməkdə hökumətin acizliyi səbəbilə parlament üzvlərinin böyük əksəriyyəti tərəfindən təsdiqlənib.

Peru Konstitusiyasına əsasən, Konqresin sədri Xose Xerin prezident səlahiyyətlərini üzərinə götürüb və gələn ilin aprelin 12-də keçiriləcək prezident seçkilərinədək ölkəyə rəhbərlik edəcək.

Peru Respublikası Latın Amerikasında və Asiya-Sakit okean regionunda Rusiyanın köhnə tərəfdaşlarından biridir (iki ölkə arasında diplomatik münasibətlər artıq 160 ili geridə qoyub). Moskva, bərabərlik və suverenlik, praqmatizm və milli maraqların qarşılıqlı nəzərə alınması, eləcə də beynəlxalq hüququn əsas prinsiplərinə hörmətə söykənən, xarici təsirdən kənar, situativ deyil, davamlı ikitərəfli münasibətlərin tərəfdarıdır”, – deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.

Kateqoriyalar