N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rəhmon və Putin telefon danışığında tərəfdaşlıq məsələlərini müzakirə edib

14-oktyabr-2025
Admin
Rəhmon və Putin telefon danışığında tərəfdaşlıq məsələlərini müzakirə edib
Yazı Ölçüsü:
Tacikistan Prezidenti Emoməli Rəhmon və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı olub.
"PostMedia" xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı üçün birgə tədbirlər görməyə hazır olduqlarını vurğulayıblar. Bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat verib.
Mətbuat açıqlamasında deyilir:
"Tərəflərin Tacikistan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində inkişafı üçün birgə addımlar atmağa hazır olduqları vurğulandı".
Liderlər həmçinin Rusiya Prezidentinin Tacikistana dövlət səfəri zamanı əldə olunan razılaşmaların bəzi aspektlərini müzakirə edib, onların həyata keçirilmə yollarını müəyyənləşdiriblər. Eyni zamanda, Düşənbədə keçirilən Mərkəzi Asiya – Rusiya Sammiti və MDB Dövlət Başçıları Şurasının iclasının nəticələrinə də diqqət yetirilib.
Kateqoriyalar