EU Reporter: “Azərbaycan çoxşaxəli və çoxregional xarici siyasət yürüdür”
14-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Avropa İttifaqının Brüsseldə yerləşən nüfuzlu media orqanı "EU Reporter" Azərbaycanın diplomatik fəallığı və beynəlxalq arenadakı roluna dair məqalə yayımlayıb.
"PostMedia" xəbər verir ki, məqalədə Prezident İlham Əliyev oktyabrda cəmi on gün ərzində üç fərqli regionda keçirilən sammitlərdə (Kopenhagendə Avropa Siyasi İcması), Qəbələdə Türk Dövlətləri Təşkilatı) və Düşənbədə MDB liderlərinin görüşü) iştirak edib. Bundan əlavə, dövlət başçısı 12 oktyabrda Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə qatılıb.
EU Reporter yazır ki, bu aktiv diplomatik xətt Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin bariz nümunəsidir.
Məqalədə həmçinin vurğulanır ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır, xüsusilə də Ukrayna müharibəsindən sonra ölkənin rolu daha da artıb. Hazırda Azərbaycan qazı 10 Avropa ölkəsinə (o cümlədən İtaliya, Yunanıstan, Bolqarıstan və Macarıstana) ixrac olunur və bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.