6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Donald Tramp Putinə təşəkkür edib

10-oktyabr-2025
Donald Tramp Putinə təşəkkür edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Nobel Komitəsi ilə bağlı səsləndirdiyi fikirlərə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

"PostMedia" xəbər verir ki, bu barədə onun "X" hesabında "Çox sağ ol Prezident Putin!" adlı paylaşım edilib.

Xatırladaq ki, bu gün mediaya açıqlama verən Putin ABŞ Prezidentinin Nobel mükafatı almaması ilə bağlı sualı cavablandırarkən bunları deyib:

"Nobel Komitəsi böyük dərəcədə öz nüfuzunu itirib. Nobel Komitəsinin sülh mükafatını təqdim etməklə bağlı verdiyi qərarlar bu mükafatın nüfuzuna ciddi zərər vurub. Belə hallar olub ki, komitə Nobel Sülh Mükafatını dünya üçün heç nə etməyən şəxslərə verib. Qoy belə olsun, mənə düşməz qərar vermək ki, ABŞ-ın hazırkı prezidenti Nobel mükafatına layiqdir, ya yox – bilmirəm. Amma o, həqiqətən də onilliklərdir davam edən mürəkkəb böhranların həllinə çalışır".



Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930