6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya Xəzəryanı ölkələrinə birgə hərbi təlim təklif edib

09-oktyabr-2025
Rusiya Xəzəryanı ölkələrinə birgə hərbi təlim təklif edib
Yazı Ölçüsü:
Rusiya Tehran, Astana və Bakıya 2026-cı ildə birgə dəniz hərbi təlimləri keçirmək təklifi göndərilib.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin məqsədi Xəzər dənizində naviqasiya təhlükəsizliyini və dənizdə yerləşən iqtisadi obyektlərin mühafizəsini təmin etməkdir.
Məlumata görə, təlimlərlər zamanı Xəzər hövzəsi dövlətlərinin donanmalarının iştirakı ilə çoxşaxəli manevrlərin həyata keçirilməsi planlaşdırılır. Təlimdə əsas diqqət enerji infrastrukturlarının, limanların və ticarət marşrutlarının qorunmasına yönələcək.
Bu təşəbbüs Xəzər dənizi hövzəsində son illər artan hərbi-siyasi aktivliyin və enerji təhlükəsizliyi məsələlərinin fonunda irəli sürülür. Tərəflər yaxın aylarda format və iştirak şərtlərini müzakirə edəcəklər.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930