6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan sabah Azərbaycana gələcək

06-oktyabr-2025
Ərdoğan sabah Azərbaycana gələcək
Yazı Ölçüsü:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə Prezidentin Kommunikasiya Baş İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə reallaşcaq səfər çərçivəsində Ərdoğan “Regional sülh və təhlükəsizlik” mövzusunda baş tutacaq müzakirələrə qatılacaq.
Görüş çərçivəsində Qəbələ Bəyannaməsi və digər sənədlərin qəbul edilməsi planlaşdırılır.
Ərdoğanın Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi, Dövlət Başçıları Şurasının toplantısında iştirak edəcəyi və digər dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi deyilir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930