6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Braziliya və ABŞ prezidentləri yarım saat telefonla danışıb

06-oktyabr-2025
Braziliya və ABŞ prezidentləri yarım saat telefonla danışıb
Yazı Ölçüsü:
Braziliya Prezidenti Lula da Silva və ABŞ pPrezidenti Donald Tramp ABŞ-nin Braziliya məhsullarına tətbiq etdiyi 50%-lik tariflərdən sonra ilk uzunmüddətli telefon danışığını həyata keçiriblər.
"PostMedia" xəbər verir ki, danışıq təxminən 30 dəqiqə davam edib və tərəflərin qiymətləndirməsinə görə, səmimi və dostyana atmosferdə keçib.
Lula Vaşinqtonu keçmiş prezident Jair Bolsonaroya qarşı cinayət işi başlayandan sonra tətbiq edilən əlavə tarifləri ləğv etməyə çağırıb.
Prezidentlər bir-birinin şəxsi telefon nömrələrini əldə ediblər və yaxın zamanda şəxsi görüşün təşkili barədə razılığa gəliblər.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930