6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Vodolatski: "Azərbaycan Avropa İttifaqının dağıdıcı siyasətinin hədəfindədir"

06-oktyabr-2025
Vodolatski: "Azərbaycan Avropa İttifaqının dağıdıcı siyasətinin hədəfindədir"
Yazı Ölçüsü:
Rusiya Dövlət Dumasının MDB işləri komitəsinin sədr müavini Viktor Vodolatski Avropa İttifaqı və Avropa ölkələrinin xüsusi xidmət orqanlarının Gürcüstan, Ermənistan və Azərbaycanda dövlətçiliyi sarsıtmağa çalışdığı barədə açıqlama verib.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, o, Aİ-nin məqsədinin postsovet ölkələrinin tarixi və mənəvi dəyərlərini zəiflədib onları idarə olunan bir “kütləyə” çevirmək olduğunu qeyd edib.
“Ermənistan və Azərbaycan da vaxtilə Ukraynanın keçdiyi proseslərlə üzləşə bilər,” – deyə Vodolatski vurğulayıb.
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkiləri fonunda baş verən iğtişaşları hökumət “xarici təsirli çevriliş cəhdi” kimi qiymətləndirib.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930