6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Azərbaycan və İran hərbi dəniz qüvvələrinin rəhbərliyi Sankt-Peterburqda görüşəcək

06-oktyabr-2025
Azərbaycan və İran hərbi dəniz qüvvələrinin rəhbərliyi Sankt-Peterburqda görüşəcək
Yazı Ölçüsü:
Bu gün Azərbaycan və İran hərbi dəniz qüvvələrinin rəhbərliyinin Sankt-Peterburqda görüşü gözlənir.
"PostMedia" xəbər verir ki, bu barədə İranın Rusiyadakı Səfirliyindən "RİA Novisti"yə bildirilib.
Məlumata görə, bu məqsədlə İran Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən Hərbi Dəniz Qüvvələrinin komandanı Şahram Irani Sankt-Peterburqa səfər edib.
Səfərin məqsədi Xəzər dənizi regionuna daxil olan ölkələrin Hərbi Dəniz Qüvvələri rəhbərlərinin toplantısına qatılmaqdır.
İranın dövlət televiziyası (IRIB) xəbər verir ki, general Şahram Irani Sankt-Peterburqda Rusiya, Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin komandanları ilə ikitərəfli danışıqlar aparacaq.
Bundan əlavə, o, Finlandiya körfəzində yerləşən bir neçə hərbi-dəniz bazasına da baş çəkəcək. Səfərin məqsədi Xəzər dənizində təhlükəsizlik, dəniz əməkdaşlığı və birgə təlimlərin keçirilməsi ilə bağlı məsələləri müzakirə etməkdir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930