6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tramp bir ay sonra Si Cinpinlə görüşəcək

01-oktyabr-2025
Tramp bir ay sonra Si Cinpinlə görüşəcək
Yazı Ölçüsü:
"PostMedia" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp təxminən “dörd həftədən sonra” Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşməyi və onunla Amerika soya paxlasının Çinə ixracı məsələsini müzakirə etməyi planlaşdırır.
“Dörd həftədən sonra mən Çin sədrilə – Si ilə görüşəcəyəm və müzakirənin əsas mövzularından biri soya paxlası olacaq”, – deyə Tramp Truth Social-da yazıb.
O əlavə edib: “Bizim ölkəmizin soya yetişdirən fermerləri əziyyət çəkirlər, çünki Çin sırf ‘danışıqlar üçün’ onların məhsullarını almır. Biz gömrük rüsumlarından o qədər pul qazandıq ki, onun kiçik bir hissəsini fermerlərimizə kömək üçün ayıracağıq. (…) Yuxulu [ABŞ-ın keçmiş prezidenti] Co Bayden Çinə kənd təsərrüfatı məhsullarımızı milyardlarla dollar dəyərində almağı öhdəsinə götürən sazişin yerinə yetirilməsini təmin edə bilmədi”.
Xatırladaq ki, Tramp əvvəlki açıqlamasında Si Cinpinlə Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşəcəyini bildirib. Sammit 31 oktyabr – 1 noyabr tarixlərində Koreya Respublikasında keçiriləcək. O həmçinin deyib ki, 2026-cı ilin əvvəlində Çinə rəsmi səfər etməyi planlaşdırır.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930