23°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ-də istehlakçılar Trampın yeni tarifləri fonunda qənaət rejiminə keçir

09-apr-2025
Admin
ABŞ-də istehlakçılar Trampın yeni tarifləri fonunda qənaət rejiminə keçir
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrdən idxal edilən məhsullara qarşı tətbiq etdiyi yeni yüksək tariflər qüvvəyə minib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, tariflər xüsusilə Çin, Vyetnam, Yaponiya, Tayland, Avropa ölkələri və Madaqaskardan gətirilən məhsulları əhatə edir.

Yeni qərara əsasən, Çindən idxal olunan elektronika məhsullarına 104 %, Vyetnamdan gətirilən geyim məhsullarına isə 46 faiz tarif tətbiq olunacaq. Bundan əlavə, Madaqaskardan vanil (47%), Yaponiyadan çay (24%), Taylanddan yasəmən düyüsü (36%) və Avropadan şərab (20%) kimi məhsullar da əhəmiyyətli dərəcədə bahalaşacaq.

Tariflərin qüvvəyə minməsi ilə bağlı istehlakçılar artıq ehtiyat tədbirləri görməyə başlayıb. ABŞ-ın paytaxtı yaxınlığındakı mağazalarda alış-veriş edən sakinlər, xüsusilə də yaşlı və təqaüdçü şəxslər, ərzaq və gündəlik ehtiyac mallarını indidən almağa çalışır, bəzi hallarda isə xərclərini ciddi şəkildə azaldırlar.

"Qiymətlər durmadan artır. Bu gün yox, sabah daha çox pul lazım olacaq," – deyə təqaüdçü bir qadın jurnalistlərə bildirib.

Mütəxəssislər hesab edirlər ki, bu yeni tariflər ABŞ iqtisadiyyatına və istehlak bazarına birbaşa təsir göstərəcək, xüsusilə də aşağı gəlirli ailələr üçün əlavə maliyyə çətinlikləri yaradacaq.

Kateqoriyalar