ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və Hindistan aylarla davam edən danışıqlardan sonra ticarət sazişini yekunlaşdırıblar.
"PostMedia" xəbər verir ki, bundan əvvəl Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb. Razılaşmaya əsasən, Hindistan ixracına tətbiq olunan ABŞ gömrük rüsumları əvvəlki yüksək dərəcələrdən (bir çox məhsul üzrə təxminən 50%) 18%-ə endiriləcək. Daha əvvəl bu rüsumların 25%-i Hindistanın Rusiyadan xam neft idxalı ilə bağlı idi və ABŞ bunu Rusiyanın Ukraynaya qarşı müharibəsinin dolayı maliyyələşdirilməsi kimi qiymətləndirirdi.
"Reuters"in məlumatına görə, Tramp həmçinin bəyan edib ki, Hindistan Rusiyadan neft alışını dayandırmağa və ABŞ-dan, ehtimal ki, Venesueladan da neft alışını artırmağa razılaşıb.
