6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Cənubi Afrika İsrail diplomatı ölkədən çıxarıb

30-yanvar-2026
Cənubi Afrika İsrail diplomatı ölkədən çıxarıb
Yazı Ölçüsü:

Cənubi Afrika İsrailin işlər üzrə müvəqqəti səlahiyyətlisi Ariel Seydmanı “arzuolunmaz şəxs” elan edərək 72 saat ərzində ölkəni tərk etməsini tələb edib."PostMedia bu barədə "BBC"yə istinadən xəbər verir xəbər verir.

Cənubi Afrika Xarici İşlər Nazirliyi bildirib ki, Seydman diplomatik normaları pozub, o cümlədən ölkə Prezidenti Siril Ramafosaya qarşı təhqiredici ifadələr işlədib və İsraildən olan rəsmi şəxsləri icazəsiz olaraq Cənubi Afrikaya dəvət edib. Nazirlik onun hərəkətlərini “diplomatik imtiyazların kobud sui-istismarı” kimi qiymətləndirib.

Seydman keçən il Cənubi Afrikada İsrail səfirliyinin işlər üzrə müvəqqəti səlahiyyətlisi təyin olunub. İsrail hal-hazırda Cənubi Afrikada daimi səfirə malik deyil.

BBC-nin məlumatına görə, iki ölkə arasındakı münasibətlər pisləşib, xüsusən Cənubi Afrika Beynəlxalq Məhkəmədə İsraili Fələstinlilərə qarşı soyqırımı ilə ittiham etdikdən sonra. İsrail bu ittihamları rədd edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930