İranın xarici işlər naziri Abbas Araqçı "Fox News"a müsahibəsində ABŞ-ı danışıqlara dəvət edib:
“İran göstərdi ki, danışıqlara hazırdır, diplomatiyaya hazırdır”, — deyə Araqçin telekanala bildirib.
“Müharibə və diplomatiya arasında diplomatiya ən yaxşı yoldur. ABŞ ilə əməkdaşlıqda müsbət təcrübəmiz olmasa da, diplomatiya müharibədən qat-qat yaxşıdır”, — nazir əlavə edib.
"PostMedia" xəbər verir ki, o, ABŞ prezidentinə iyunda verilmiş səhvi təkrarlamamağı tövsiyə edib.
“Bilirsiniz, siz obyektləri məhv etdiniz, amma texnologiyaları bombalamaq mümkün deyil, qərarlılığı da bombalamaq olmur”, — deyə Araqçin bildirib.
İranda baş verən etirazlar barədə danışarkən nazir qeyd edib ki, hökumət “maksimum təmkin” göstərib.
Onun sözlərinə görə, “İranda etiraz aksiyaları İsrail tərəfindən idarə olunan terror elementləri tərəfindən istifadə olunub”, məqsəd ABŞ prezidentini Tehranla münaqişəyə cəlb etmək olub.
“Bu birbaşa israilli sui-qəsd idi. Onlar ABŞ prezidentini bu konfliktə cəlb etmək istəyirdilər. Ona görə də ölüm hallarını artırdılar — sadə insanları və polisləri öldürərək”, — deyə o vurğulayıb.
Araqçin həmçinin bildirib ki, hazırda vəziyyət tam nəzarət altındadır: “Biz vəziyyəti tam idarə edirik”.
Xarici işlər naziri əlavə edib ki, İranın “etiraz aksiyalarına görə insanları asmaq” planı yoxdur.