N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Axios: "ABŞ Qəzza üçün nəzərdə tutulan qüvvələrin tərkibini iki həftə ərzində elan etməyi planlaşdırır"

16-yanvar-2026
Turan Hüseynli
Axios: "ABŞ Qəzza üçün nəzərdə tutulan qüvvələrin tərkibini iki həftə ərzində elan etməyi planlaşdırır"
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın sülh planında nəzərdə tutulan Qəzza sektorunda beynəlxalq stabilləşdirici qüvvələrin yaradılması çərçivəsində bu qüvvələrin tərkibinin qarşıdakı iki həftə ərzində elan ediləcəyi gözlənilir.
"PostMedia" "Axios"a istinadən xəbər verir ki, bu barədə "Ağ Ev"in rəsmiləri məlumat yayıb.
Mənbələr qeyd ediblər ki, bu qüvvələrin formalaşdırılmasında Türkiyənin birbaşa və ya dolayı iştirakının əhəmiyyətli olduğunu hesab edirlər, çünki Türkiyə radikal Fələstin hərəkatı HƏMAS üzərində böyük təsirə malikdir. Lakin İsrail Türkiyə hərbçilərinin cəlb olunmasına kəskin şəkildə qarşı çıxır. Bu səbəbdən Vaşinqton İsrail və Türkiyə arasında barışığın təmin olunması üçün diplomatik səyləri gücləndirməyi planlaşdırır.
“Biz bu istiqamətdə işləyəcəyik. Ümid edirəm ki, hər iki tərəfi ritorikanın gərginliyini azaltmağa və əməkdaşlığa keçməyə inandıra biləcəyik”, – deyə rəsmi şəxs bildirib.
Bundan əvvəl dekabr ayında The Wall Street Journal qəzeti mənbələrə istinadən yazmışdı ki, həmin vaxta qədər heç bir ölkə Qəzza sektorunda İsrail ilə HƏMAS arasında münaqişənin nizamlanması çərçivəsində beynəlxalq stabilləşdirici qüvvələrin tərkibində öz hərbçilərini yerləşdirməyə ABŞ-a razılıq verməyib.
Reuters agentliyinin məlumatına görə, ABŞ hakimiyyəti Qəzza sektorunda beynəlxalq stabilləşdirici qüvvələrin yerləşdirilməsi planı üzərində işləməyə başlayıb. The National qəzeti isə dəqiqləşdirib ki, bu qüvvələrin tərkibinə Misir, Azərbaycan, Türkiyə və İndoneziyadan ən azı 4 min hərbçi daxil olacaq. Onlar ağır silahlarla təchiz olunmayacaq və səlahiyyətləri sülhməramlı qüvvələrə yaxın olacaq. Güman edilir ki, beynəlxalq kontingent səhra xəstəxanalarının yerləşdirilməsinə, kritik infrastrukturun bərpasına cavabdeh olacaq, həmçinin dağıntılar altından həlak olmuş fələstinlilərin cəsədlərinin çıxarılması üzrə axtarış-xilasetmə əməliyyatlarını əlaqələndirəcək. Bu işlərdə 3 min yerli könüllü iştirak edəcəklər.
Kateqoriyalar