6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ukraynanın yeni müdafiə naziri Mixail Fedorov təyin olunub

14-yanvar-2026
Ukraynanın yeni müdafiə naziri Mixail Fedorov təyin olunub
Yazı Ölçüsü:

Ukrayna Ali Radası birinci baş nazir müavini, rəqəmsal transformasiya naziri Mixail Fedorovun Ukraynanın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib.

"PostMedia" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, buna qədər bu vəzifəni Denis Şmıqal icra edirdi.

Fedorovun namizədliyinin lehinə 277 deputat səs verib.

Fedorov bildirib ki, yeni vəzifəsində ilk addımı Müdafiə Nazirliyində maliyyə auditi aparmaq olacaq:
“İlk vəzifəm Müdafiə Nazirliyində real maliyyə auditi həyata keçirməkdir. Məqsədimiz sistemi dəyişmək, ordu islahatı aparmaq, cəbhə xəttində infrastrukturu yaxşılaşdırmaq, yalanı və korrupsiyanı kökündən aradan qaldırmaq, liderliyi və etimadı yeni mədəniyyətə çevirməkdir”.

Ukrayna Prezidenti Vladimir Zelenski ilin əvvəlindən hökumətdə və güc strukturlarında kadr dəyişikliklərinə start verib. Zelenskinin sözlərinə görə, hökumət və güc strukturlarında kadr “yenidən yüklənməsi” yanvarın sonuna qədər davam edəcək, bundan sonra isə Ukrayna Silahlı Qüvvələrində (USQ) dəyişikliklərə başlanılacaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930