N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İranın Ermənistandakı səfiri TRIPP haqqında - Biz narahatıq

14-yanvar-2026
Turan Hüseynli
İranın Ermənistandakı səfiri TRIPP haqqında - Biz narahatıq
Yazı Ölçüsü:

“Ermənistan bizim üçün dost ölkədir, iki ölkənin rəhbərləri arasında yüksək səviyyədə etimad mövcuddur”.

PostMedia” xəbər verir ki, bunu yanvarın 14-də mətbuat konfransı keçirən İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami bildirib.

“Ermənistanla ABŞ arasında əldə olunan razılaşmalara gəlincə, mövqeyimiz aydındır: biz erməni tərəfdaşlarımıza bildirmişik ki, sizə etibar edirik, lakin eyni zamanda İrana qarşı addımlar atan ABŞ ilə işinizo də görürük.

Biz ABŞ-yə etibar etmirik. Biz narahatıq ki, ABŞ bu layihədən (TRIPP – red.) öz təhlükəsizlik siyasəti çərçivəsində istifadə edə bilər. Bu narahatlığımızı erməni tərəfdaşlarımıza çatdırmışıq. Onlar isə bizi əmin ediblər ki, Ermənistan heç vaxt İran üçün təhdid mənbəyinə çevrilməyəcək. Layihənin miqyasını daha yaxşı anlamaq üçün müzakirələrin mütəmadi davam etdirilməsi barədə razılığa gəlmişik”, – deyə səfir əlavə edib.

O vurğulayıb ki, İran–Ermənistan münasibətləri strateji baxımdan mühüm əhəmiyyət daşıyır və heç bir məsələ bu münasibətlərə çağırış yaratmamalıdır.

“Ümid edirik ki, İranın narahatlıqları nəzərə alınacaq və aradan qaldırılacaq. Biz bu məsələni diqqət mərkəzində saxlayırıq”, – deyə Xəlil Şirqolami fikrini yekunlaşdırıb.

Kateqoriyalar