N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Trampın xüsusi elçisi İranın devrilmiş şahının oğlu ilə gizli görüş keçirib — Axios

14-yanvar-2026
Turan Hüseynli
Trampın xüsusi elçisi İranın devrilmiş şahının oğlu ilə gizli görüş keçirib — Axios
Yazı Ölçüsü:

“Ağ Ev”in nümayəndəsi Stiv Uitkoff ötən həftəsonu İranda davam edən etiraz aksiyalarını müzakirə etmək üçün İranın mühacirətdə yaşayan sabiq vəliəhd şahzadəsi Rza Pəhləvi ilə gizli görüş keçirib.

PostMedia” xəbər verir ki, bu barədə “Axios” ABŞ-nin yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir.

Nəşr vurğulayır ki, bu, 15 gün əvvəl başlayan etirazlardan bəri İran “müxalifəti” ilə Donald Tramp administrasiyası arasında baş tutan ilk yüksək səviyyəli görüş olub.

1979-cu il İslam İnqilabı zamanı devrilmiş İran şahının oğlu Rza Pəhləvi ABŞ-da sürgündə yaşayan “müxalif qrupun” lideridir. Son iki həftə ərzində Pəhləvi Amerika televiziya kanallarında çıxış edərək Tramp administrasiyasını “etiraz aksiyalarına” dəstək məqsədilə müdaxilə etməyə çağırıb.

“Ağ Ev”in milli təhlükəsizlik komandası çərşənbə axşamı səhər etirazlara cavab variantlarını müzakirə etmək üçün iclas keçirib. Tramp iclasda iştirak etməyib. ABŞ-nin yüksəkvəzifəli rəsmisi “Axios”a bildirib ki, administrasiya daxilində müzakirələr hələ nisbətən erkən mərhələdədir.

“Biz hazırda hələ hərbi qərarların qəbulu mərhələsində deyilik”, — deyə rəsmi şəxs bildirib və Trampın qərarının necə olacağını proqnozlaşdırmağın çətin olduğunu etiraf edib.

Məsələdən birbaşa məlumatlı mənbələrin sözlərinə görə, dövlət katibi Marko Rubio son günlər qapalı görüşlər zamanı administrasiyanın hazırda “etirazçılara kömək etmək” üçün qeyri-ənənəvi cavab tədbirlərini müzakirə etdiyini deyib.

Kateqoriyalar