N/A°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Türkiyə İranda baş verənləri izləyir və sərhəddə vəziyyəti nəzarətdə saxlayır - Ankara

12-yanvar-2026
Turan Hüseynli
Türkiyə İranda baş verənləri izləyir və sərhəddə vəziyyəti nəzarətdə saxlayır - Ankara
Yazı Ölçüsü:

Türkiyə İranda vəziyyəti diqqətlə izləyir və sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunub.

"PostMedia" xəbər verir ki, bu barədə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çəlik məlumat verib.

“Vəziyyəti diqqətlə izləyirik. İranda baş verən hadisələr bizim üçün həssas mövzudur. Mövcud problemlər var, lakin onların həlli yalnız İran hökumətinin səlahiyyətindədir. Üçüncü ölkələrin müdaxiləsi yalnız vəziyyəti daha da pisləşdirər,” – deyə Çəlik brifinqdə bildirib.

Ankaranın qonşu ölkədəki mümkün gedişlərə hazırlığı barədə sualı cavablandırarkən o qeyd edib ki, hökumət bütün riskləri qiymətləndirir və sərhəd təhlükəsizliyi məsələlərini yüksək səviyyədə müzakirə edir.

“Yüksək səviyyədə hazırlığın aparıldığını deyə bilərəm,” – deyə siyasətçi əlavə edib.

Qeyd edək ki, İran İslam Respublikasında kütləvi etiraz aksiyaları 2025-ci ilin dekabrının sonunda İran rialının kəskin dəyər itirməsi fonunda başlayıb. Narazılığın əsas səbəbləri valyuta məzənnəsinin dalğalanması və topdan, pərakəndə qiymətlərin artması olub. Sosial şəbəkələrdə Tehranda və digər şəhərlərdə keçirilən etiraz aksiyalarının videogörüntüləri yayılıb.

İran hakimiyyəti isə davam edən etirazlar fonunda, Tehranda “ABŞ-ın və sionist rejimin müqavimətinə” qurban gedənlər adlandırılan ölümlər üçün ölkə üzrə üç günlük milli matəm elan edib.

Kateqoriyalar