N/A°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Şoyqu və Laricani İran ətrafındakı vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər

12-yanvar-2026
Turan Hüseynli
Şoyqu və Laricani İran ətrafındakı vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Yazı Ölçüsü:

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə telefon danışığı zamanı xarici qüvvələrin İranın daxili işlərinə növbəti müdaxilə cəhdini qətiyyətlə pisləyib.

"PostMedia" xəbər verir ki, bu barədə RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Şoyqu, həmçinin, 2025-ci il yanvarın 17-də imzalanmış Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi əsasında Rusiyanın İranla ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Bundan əlavə, tərəflər təhlükəsizliyin təmin olunması məsələləri üzrə əlaqələri davam etdirmək və mövqeləri koordinasiya etmək barədə razılığa gəliblər.

RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətinin məlumatına görə, telefon danışığı İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbərinin iştirakı ilə baş tutub.

Kateqoriyalar