6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya səfiri Ermənistan XİN-ə çağırılıb

12-yanvar-2026
Rusiya səfiri Ermənistan XİN-ə çağırılıb
Yazı Ölçüsü:

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın məlumat evrib.

Məlumatda deyilir ki, rusiyalı yayımçı və şərhçi Vladimir Solovyovun çıxışları ilə bağlı ona kəskin etiraz məktubu təqdim olunub.

“Rusiya Federasiyasının Ermənistandakı səfiri XİN-ə çağırılıb və ona dövlət televiziya şirkətinin tərkibində olan proqramın efirində səsləndirilən fikirlərlə bağlı dərin hiddət ifadə edən etiraz məktubu təqdim edilib. Vurğulanıb ki, bu fikirlər Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz qəsd və düşmənçilik təzahürüdür, həmçinin Ermənistan və Rusiya arasındakı dostluq münasibətlərinin fundamental prinsiplərini kobud şəkildə pozur”, — deyə Ermənistan XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, Vladimir Solovyov çıxışında “Ermənistanı itirməyin Rusiyanın maraqlarına uyğun olmadığını və Rusiyanın təkcə Ukraynada deyil, həm də beynəlxalq hüquqa məhəl qoymadan öz təsir dairəsində olan ərazilərdə xüsusi hərbi əməliyyat keçirməli olduğunu” bildirmişdi.


Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930