6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi Ankarada ofis açacaq

08-yanvar-2026
BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi Ankarada ofis açacaq
Yazı Ölçüsü:
BMT-nin fələstin qaçqınları üzrə idarəsi (UNRWA) bir neçə həftə ərzində Ankarada ofis açacaq.
"PostMedia" "France Press"ə istinadən xəbər verir ki, UNRWA-nın rəhbəri Filipp Lazarin cümə günü Türkiyənin paytaxtı Ankaraya səfəri zamanı bildirib ki, idarə bir neçə həftə ərzində Ankarada ofis açacaq.
“Biz Türkiyə hökuməti ilə yekun saziş imzalamışıq və bu dəfə saziş parlament tərəfindən də təsdiqlənib”, — deyə Lazarin jurnalistlərə bildirib, əlavə edərək ki, saziş bir neçə həftədən sonra qüvvəyə minəcək.
Bu addım UNRWA-nın “çətin” maliyyə böhranına düşdüyünü elan etməsindən bir gün sonra atılıb. Böhran agentliyi Gəza bölgəsini tərk etmiş yüzlərlə işçini işdən çıxarmağa məcbur edib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930