6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan: "Ermənistan və Azərbaycan potensial malların siyahılarını mübadilə edir"

08-yanvar-2026
Paşinyan: "Ermənistan və Azərbaycan potensial malların siyahılarını mübadilə edir"
Yazı Ölçüsü:
Ermənistan və Azərbaycan hansı malları satmaq və almaqda maraqlı olduqları ilə bağlı potensial məhsulların siyahılarını mübadilə edirlər.
"PostMedia" xəbər verir ki. bu barədə brifinq zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Müzakirələr gedir, siyahılar hələ araşdırma mərhələsindədir”, — deyə Paşinyan qeyd edib.
Artıq əldə olunmuş razılaşmalara toxunan Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin görüşü zamanı Azərbaycan tərəfi neft məhsullarını satmağa hazır olduğunu ifadə edib. Bundan sonra Ermənistan hökuməti bu imkan barədə bir neçə erməni şirkətini məlumatlandırıb.
“Ermənistan hökuməti sahəni ilkin şəkildə araşdıraraq, bizim qiymətləndirməmizə görə bunu siyasi aksiyaya çevirməyəcək iş adamlarına müraciət edib. Yəni, ‘hökumət bizi Azərbaycandan benzin almağa məcbur edir, amma biz almırıq’ kimi bəyanatlar verməyəcəklərini düşündüyümüz sahibkarlara bildirilib ki, belə bir imkan var. Səhv etmirəmsə, Ermənistan tərəfindən 2 şirkət əlaqə saxlayıb”, — deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, benzinin ilk partiyasının idxalı zamanı boykot halları müşahidə olunub, çünki bəzi şirkətlər onun satışından imtina ediblər.
Xatırladaq ki, Azərbaycan KİV-ləri 2025-ci il dekabrın 18-də xəbər vermişdilər ki, noyabrın 28-də Qəbələdə Ermənistan və Azərbaycanın baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayev arasında keçirilən görüşdə əldə olunan razılaşmaya əsasən, SOCAR istehsalı olan Aİ-95 markalı benzinin 22 vaqonu Ermənistana göndərilib.
Növbəti gün neft məhsulları Ermənistana çatıb. 2026-cı il yanvarın 7-də isə məlum olub ki, Azərbaycan Ermənistana daha iri həcmdə neft məhsulları partiyası göndərəcək.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930