N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

"Trampın güc yolu ilə sülh fəlsəfəsi cəngəllik qanunlarına qayıdışdır" - İran XİN rəhbəri

06-yanvar-2026
Türkan Nəbi
"Trampın güc yolu ilə sülh fəlsəfəsi cəngəllik qanunlarına qayıdışdır" - İran XİN rəhbəri
Yazı Ölçüsü:
İranın xarici işlər naziri Abbas Araqçı Məclisin (parlamentin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasından sonra jurnalistlər qarşısında çıxış edib.
"PostMedia" "IRNA agentliyinə istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusu ABŞ-nin Venesueladakı fəaliyyəti və "beynəlxalq hüququn ümumi deqradasiyası" olub.
Araqçı ABŞ Prezidenti Donald Trampın xarici siyasət doktrinasını kəskin tənqid edərək, Vaşinqtonun "diplomatiyanı kobud güclə əvəz etdiyini" bildirib.
Nazir bəyan edib ki, Tramp "güc yolu ilə sülh" tezisindən danışarkən, əslində güclünün haqlı olduğu prinsipini bəyan edir: "Bu o deməkdir ki, kimin daha çox hakimiyyəti varsa, istədiyi hər şeyi edə bilər", — deyə iranlı diplomat vurğulayıb.
Araqçının fikrincə, bu cür hərəkətlər "beynəlxalq birliyin İkinci Dünya müharibəsindən sonra münasibətləri hüquq müstəvisində tənzimləmək üçün son 80 ildə əldə etdiyi nailiyyətləri məhv edir".
İran XİN rəhbəri qeyd edib ki, ABŞ-ın hazırkı kursu "bütün dünyada beynəlxalq münasibətlər sahəsindəki mütəfəkkirlər və ekspertlər üçün ciddi problem və tənqid obyektinə çevrilib".
Kateqoriyalar