6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Türkiyənin müdafiə naziri Suriyadakı kürd qüvvələrindən silahı yerə qoymağı tələb edib

06-yanvar-2026
Türkiyənin müdafiə naziri Suriyadakı kürd qüvvələrindən silahı yerə qoymağı tələb edib
Yazı Ölçüsü:
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər çərşənbə aktyabrı günü "Suriyadakılar da daxil olmaqla" bütün kürd silahlı qruplaşmalarından silahı yerə qoymağı tələb edib.
"PostMedia" xəbər verir ki, bu barədə "AFP" (Agence France-Presse) agentliyi məlumat yayıb.
Ankarada çıxış edən Gülər deyib:
"Kürdüstan Fəhlə Partiyası (PKK) və onlarla əlaqəli bütün qruplaşmalar olduqları bölgələrdə, o cümlədən Suriyada bütün terror fəaliyyətlərini dərhal dayandırmalı və qeyd-şərtsiz silahı yerə qoymalıdırlar".
Bundan əvvəl Suriyanın dövlət xəbər agentliyi SANA, Hələbdə kürd qüvvələrinin həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində bir suriyalı əsgərin həlak olduğu və bir neçə nəfərin yaralandığı barədə məlumat yaymışdı.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930