6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstan Türkiyə və Azərbaycan vətəndaşlarını deportasiya edib

06-yanvar-2026
Gürcüstan Türkiyə və Azərbaycan vətəndaşlarını deportasiya edib
Yazı Ölçüsü:
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, aidiyyəti qurumlarla sıx əməkdaşlıq çərçivəsində son günlər ərzində 13 əcnəbini Gürcüstandan deportasiya ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə "Georgia Online" nəşri məlumat yayıb.
Miqrasiya Departamentinin həyata keçirdiyi hərtərəfli tədbirlər nəticəsində Türkmənistan, İran, Kuba, Türkiyə, Tailand və Azərbaycan vətəndaşları olan ümumilikdə 13 nəfər ölkədən çıxarılıb.
Qeyd olunur ki, son bir il ərzində Gürcüstandan deportasiya edilən əcnəbilərin ümumi sayı 1 311 nəfərə çatıb. Mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin ölkəyə girişi qadağan edilib.
Gürcüstan DİN-in Miqrasiya Departamentinin əsas vəzifələrindən biri gücləndirilmiş miqrasiya nəzarəti və digər xüsusi tədbirlər vasitəsilə ölkədə qanuni əsası olmadan yaşayan əcnəbilərin müəyyən edilməsi və onların ölkədən kənarlaşdırılmasıdır.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930