Ərdoğan Trampla telefon danışığında "F-16" və "F-35" qırıcılarının tədarükünü müzakirə edəcək
05-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Amerikanın "F-35" və "F-16" qırıcılarının satın alınması məsələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında bazar ertəsi günü planlaşdırılan telefon danışığının əsas mövzularından biri olacaq. "PostMedia" xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü Hürriyet qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, liderlər həmçinin CAATSA qanunu çərçivəsində tətbiq edilən sanksiyaların ləğvini, Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları üçün "F-16" və "F-35" təyyarələrinin tədarükünü, "Halkbank" işini və Kürd qruplaşmalarının (SDF) Suriya ordusunun tərkibinə inteqrasiyası məsələsini müzakirə edəcəklər.
Nəşr qeyd edir ki, Qəzza zolağındakı mövcud vəziyyət də danışıqların ayrıca mövzusu ola bilər.
Xatırladaq ki, daha əvvəl Tramp Vaşinqtonun Türkiyəyə "F-35" qırıcılarının satışı imkanlarını araşdırdığını bildirib, eyni zamanda Ankaranın bu təyyarələrdən İsrailə qarşı istifadə etməyəcəyinə əminliyini ifadə edib.