Danimarka Baş naziri Trampı Qrenlandiyaya qarşı təhdidləri dayandırmağı çağırıb
05-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Danimarka Donald Trampı Qrenlandiyaya qarşı yönəlmiş "təhdidlərini" dayandırmağa çağırıb.
"PostMedia"nın məlumatına göprə, bu barədə BBC məlumat yayıb.
Məlumatda deyilir ki, ABŞ-nin Danimarka Krallığının tərkibindəki üç ölkədən hər hansı birini ilhaq etmək hüququ yoxdur.
"Birləşmiş Ştatların Danimarka Krallığının üç ölkəsindən birini ilhaq etmək hüququ yoxdur", – deyə Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
O qeyd edib ki, ABŞ-nin Qrenlandiyanı ələ keçirməsindən danışmağın qətiyyən mənası yoxdur. Frederiksen Vaşinqtonu "çox səmimi şəkildə" öz təhdidlərinə son qoymağa çağırıb.
"Mən Birləşmiş Ştatları tarixi yaxın müttəfiqinə və satılmadığını çox açıq şəkildə bəyan etmiş başqa bir millətə qarşı təhdidlər səsləndirməyi dayandırmağa qətiyyətlə çağırıram", – deyə Baş nazir əlavə edib.
O, həmçinin NATO-nun müdafiə zəmanətlərini və Birləşmiş Ştatlarla bağlanmış sazişi xatırladıb: "Danimarka və müvafiq olaraq Qrenlandiya NATO üzvüdür. Bizim artıq Birləşmiş Ştatlarla müdafiə sazişimiz var və biz Arktikanın təhlükəsizliyinə qoyulan investisiyaları artırırıq".
Xatırladaq ki, Trampın köməkçisinin həyat yoldaşı Qrenlandiyanın xəritəsini ABŞ bayrağının rənglərində və üzərində "Nezebair" (Tərcümə: Nəsib olar/Qismət olar) yazısı ilə paylaşmışdı. Bu, ABŞ-nin təhlükəsizlik baxımından strateji əhəmiyyətə malik və faydalı qazıntılarla zəngin olan bu adaya marağının növbəti siqnalı idi.