6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tokayev: "İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir"

05-yanvar-2026
Tokayev: "İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir"
Yazı Ölçüsü:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, o, hər gün yoqa ilə məşğul olur.

PostMedia” xəbər verir ki, Tokayev bu barədə “Turkistan” qəzetinə verdiyi müsahibədə danışıb.

Ümumilikdə, sağlamlığı ilə bağlı sualı cavablayarkən Qazaxıstan lideri heç bir sağlamlıq problemlərinin olmadığını qeyd edib. Bununla yanaşı, MDB ölkələri liderləri arasında fiziki hazırlığının yüksək olduğunu vurğulayıb.

Tokayev, Azərbaycan Prezidenti İlham Əliyevin fiziki cəhətdən güclü olduğunu və daim məşqlər etdiyini ifadə edib: “Sadır Japarov futbol ilə məşğuldur, Şavkat Mirziyoyev yaxşı formada qalır və məşq edir. Paşinyan velosiped sürməklə məşğuldur. Lukaşenko isə hokkey oyununa davam edir. Emoməli Rahmon da sağlamlığından şikayətçi deyil”. Onun sözlərinə görə, bütün həmkarları yaxşı fiziki formada qalmaqdadırlar.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930