6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Pentaqon İsrailə F-15 qırıcılarının tədarükü üçün "Boeing" ilə 8,5 milyard dollarlıq müqavilə imzalayıb

30-dekabr-2025
Pentaqon İsrailə F-15 qırıcılarının tədarükü üçün "Boeing" ilə 8,5 milyard dollarlıq müqavilə imzalayıb
Yazı Ölçüsü:

ABŞ Silahlı Qüvvələri İsrailə F-15 qırıcı təyyarələrinin tədarükü üçün "Boeing" şirkətinə 8,57 milyard dollar dəyərində müqavilə təqdim edib.

"PostMedia" xəbər verir ki, müqavilədə tədarük ediləcək təyyarələrin sayının daha 25 ədəd artırılması variantı da nəzərdə tutulub.

ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanata əsasən, bu saziş "İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədəd yeni F-15IA qırıcısının hazırlanmasını, inteqrasiyasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını" əhatə edir. 

Pentaqon "Boeing" şirkətinin müqavilə öhdəliklərini 2035-ci ilin sonuna qədər yerinə yetirəcəyini gözləyir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930