N/A°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Rusiya səfiri: “Tramp marşrutu” Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə təsir göstərə bilər

29-dekabr-2025
Admin
Rusiya səfiri: “Tramp marşrutu” Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə təsir göstərə bilər
Yazı Ölçüsü:

Rusiya Vaşinqtonda elan edilən “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” adlı Ermənistan–ABŞ layihəsi ətrafında baş verən prosesləri diqqətlə izləyir.

"PostMedia" xəbə verir ki, bu barədə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin “Noev Kovçeg” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, indiyədək yalnız bu təşəbbüsün iddialı adı səsləndirilib və layihənin həyata keçirilməsi üzrə praktiki işlər, Rusiyanın bildiyinə görə, hələ başlamayıb. Səfir qeyd edib ki, Moskvanın mövqeyi təşəbbüs konkret məzmun qazandıqdan sonra formalaşacaq.

Kopırkin vurğulayıb ki, “Tramp marşrutu” Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə də təsir göstərə bilər, çünki respublika ərazisindən malların keçidi, digər məsələlərlə yanaşı, Aİİ-nin qanunvericiliyi ilə tənzimlənir. O əlavə edib ki, Rusiya bu mövzu ətrafında erməni tərəfdaşlarla məzmunlu məsləhətləşmələr aparmağa hazırdır.

Səfirin sözlərinə görə, Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını daim dəstəkləyib. O xatırladıb ki, bu istiqamətdə irəliləyiş ilkin olaraq 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış üçtərəfli razılaşmalara əsaslanır.

Kopırkin vurğulayıb ki, müvafiq proseslər regiondakı bütün maraqlı ölkələrin və onların qonşularının maraqlarını nəzərə almalıdır.

Kateqoriyalar